Ayətullah Xamenei İranda 3 günlük matəm elan etdi
Mьəllif: admin1
Tarix: 3-01-2020, 09:52
Bцlmə: Xəbərlər
Ayətullah Xamenei İranda 3 günlük matəm elan etdi
İran İslam Respublikasının Ali lideri Ayətullah Seyid Əli Xamenei İran İnqilabı Keşikçiləri Korpusunuun (SEPAH) "Qüds" qanadının komandanı, general Qasim Süleymaninin ABŞ tərəfindən öldürülməsi ilə bağlı bəyanat yayıb.

Bəyanatda "İran milləti şəhid general Qasim Süleymani və onu müşayiət edən şəhidlərin adını, xüsusilə də İslamın böyük mücahidləri cənab Əbu Mehdi Mühəndisi xatırlayacaqdır.

Bu münasibətlə general Qasim Süleymaninin övladlarına, xanımına təbrik və təsliyyət ərz edirəm və ölkədə 3 günlük ümumi matəm elan edirəm.

Cinayətkarları ağır intiqam gözləyir. Dünən gecə çirkli əllərini onun və digər şəhidlərin qanlarına aludə etdilər. Şəhid Qasim Süleymani müqavimətin beynəlxalq simasıdır və müqavimətin bütün tərəfdarları onun qanının intiqamını alacaq.

Bütün dostlar, eləcə də bütün düşmənlər bilsinlər ki, mübarizə davam edəcək və cinayətkarların arzularını daha da acı edəcək", - deyə bildirilib.

Qeyd edək ki, Bağdad Hava limanının raket zərbələrinə məruz qalması nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun Qüds Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymani öldürülüb.
(eastnews)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930