General Qasim Süleymani ilə birgə Əbu Mehdi Mühəndis də şəhid oldu - Video
Mьəllif: admin1
Tarix: 3-01-2020, 09:45
Bцlmə: Xəbərlər
General Qasim Süleymani ilə birgə Əbu Mehdi Mühəndis də şəhid oldu - Video
ABŞ ordusuna məxsus hərbi təyyarə İraqın paytaxtı Bağdadda beynəlxalq hava limanının yaxınlığında "Həşd Şabi"yə məxsus iki avtomobilə havadan zərbələr endirib.

Hücum nəticəsində "Həşd-Şabi"nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Məhəmməd Rza əl-Cabiri və maşında olan digər 8 şəxs həyatlarını itiriblər.

Bundan əlavə hücum zamanı "Həşd-Şabi" təşkilatının komandir müavini Əbu Mehdi əl-Mühəndisinin də öldüyü bildirilir.

Məlumatda bildirilir ki, hava limanına endirilən raket zərbələri nəticəsində İran İnqilabı Keşikçiləri Korpusunuun (SEPAH) "Qüds" qanadının komandanı, general Qasım Süleymani də dünyasını dəyişib.

Qeyd edək ki, "Həşd-Şabi"yə daxil olan "Kətaib Hizbullah" batalyonunun mətbuat katibi son baş verən hadisələr barədə açıqlamalar vermişdi.

O "Kətaib Hizbullah"ın mövqelərinin bombalanmasından sonra ABŞ-ın Bağdaddakı səfirliyi qarşısında keçirilən etiraz aksiyalarının dayandırlmasına səbəb olaraq gələn həftə İraq Parlamentində ABŞ ordusu birləşmələrinin İraqı tərk edəcəyi haqda dinləmələrə görə olduğunu bildirmişdi.

O, əgər parlamentarilərin bunu dəstəkləməyəcəyi halda İraq ərazisində olan ABŞ-a məxsus bütün hərbi bazaların vurulacağını açıqlamışdı.
(eastnews)

Videoyu bu linkdə baxa bilərsiz:

https://bax.tv/video/85637.html



Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930