Ayətullah Xameneinin ustadı, Ayətullah Şəms Xorasani Ankarada dünyasını dəyişdi
Mьəllif: admin1
Tarix: 29-12-2019, 15:57
Bцlmə: Xəbərlər
Ayətullah Xameneinin ustadı, Ayətullah Şəms Xorasani Ankarada dünyasını dəyişdi
İslamazeri.com "Rasthaber Azərbaycan"-a istinadən xəbər verir ki, İslam İnqilabı Rəhbəri Ayətullah Seyid Əli Xameneinin ustadı Ayətullah Seyid Hüseyn Şəms Xorasani Ankarada müalicə aldığı xəstəxanada vəfat edib.

Bazar günü Ankarada Məhəmmədiyə məscidində zöhr namazına yaxın cənazə namazı qılınacaq. Vəsiyyətinə əsasən o İraqda, Nəcəfi Əşrəfdə dəfn olunacaq.

Ayətullah Seyid Hüseyn Şəms Xorasani Ayətullah Burucerdi, Əllamə Təbətabai və İmam Xomeyninin xas tələbəsi, Ayətullah Xameneinin ustadıŞ, Ayətullah Sistaninin yaxın dostu, Əhlibeyt Məktəbinin yetişdirdiyi böyük şəxsiyyətlərdən, müctəhid və əxlaq ustadı idi.

İslam Dünyasına, Əhlibeytsevərlərə, yaxınları və tələbələrinə dərin hüznlə başsağlığı veririk.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930