Qazaxıstan müsəlmanları 250 mindən çox ailəyə kömək edib
Mьəllif: admin1
Tarix: 27-12-2019, 14:57
Bцlmə: Xəbərlər
Qazaxıstan müsəlmanları 250 mindən çox ailəyə kömək edib
2019-cu ildə 250158 ailə xeyriyyə dəstəyi alıb. Bunu Qazaxıstan Müsəlmanları Ruhani İdarəsinin Xeyriyyə (QMRİ) şöbəsinin müdiri Kamaljan Turdıbayev deyib. “

QMRİ-nin əsas fəaliyyət istiqamətlərindən biri xeyriyyəçilikdir. Bu istiqamətdə 2019-cu ildə 250158 ailəyə xeyriyyə dəstəyi verilib. Rəbiul-əvvəl ayında, Ramazan ayı boyu, Qurban və Ramazan bayramında ehtiyacı olan ailələrə yemək və ianələr verilib".

"Deyerler.org"un islam.ru-ya istinadən verdiyi xəbərə görə, 2019-cu ildə “Zəkat” korporativ fond ehtiyacı ailələri mənzillə təmin edib.

“Ümumilikdə, respublikada aztəminatlı ailələrə 117 mənzil verilib. Layihənın məqsədi, vətəndaşların ianələri hesabına fondun qeydiyyatında olan aztəminatlı ailələr üçün mənzil almaqdır.

Bu təşəbbüs sayəsində zəkatın və ianələrin əhəmiyyətliliyini təbliğ edirik. Ümumi məqsəd, insanların bir-birlərinə kömək etməsindən və yaxşı işlər görməsindən ibarətdir.

Eyni zamanda bu layihəyə töhfə verənlərə səadət və xoş aqibət arzulayırıq”, - deyə “Zəkat” korporativ fondunun sədri Talqat Omarov bildirib.
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031