Sionist general: “Hizbullahla müharibə ehtimalı əvvəlkindən daha böyükdür”
Mьəllif: admin1
Tarix: 25-12-2019, 21:31
Bцlmə: Xəbərlər
Sionist general: “Hizbullahla müharibə ehtimalı əvvəlkindən daha böyükdür”
İsrail rejiminin generallarından Yaakov Amir Təl-Əviv və Livanın İslami Müqavimət Cəbhəsi arasında yaxın müddətdə bir müharibənin baş verməsi ehtimalının olduğunu söyləyib.

Deyerler.org Parstoday-a istinadən xəbər verir ki, İsrail rejiminin Təhlükəsizlik Şurasının sabiq rəhbəri Yaakov Amir açıqlamasında bunları deyib: “Keçmişdə iki səhv etdik və üçüncü bir səhv etməyə icazə yoxdur.

İlk səhvimiz, Hizbullahın hərbi qabiliyyətini artırmasına və 2000-ci ildən sonra təhlükəli səviyyələrə çatmasına icazə vermək idi və ikinci səhvimiz də, 2006-cı ildəki müharibədən sonra 1701 qərarlarının tətbiq olunması mövzusunda israr etməmək idi.

Əgər dözüm göstərib, Hizbullahın təcrübəli və inkişaf etmiş silahlara sahib olmasına icazə versək, çox ağır əvəzlər ödəmiş olarıq, çünki çox böyük sahəyə malik deyilik və böyük variantımız da yoxdur və üçüncü bir səhvə dözümlü yanaşa bilmərik.

İsrail rejiminin çevrələri Hizbullaha qarşı bir çəkindirici hərəkətin edilməsini tələb edirlər, lakin bunu etmək üçün az şey var, çünki belə bir şey etmək üçün siyasi konsensusa ehtiyac var və bu hələ mövcud deyil. Digər tərəfdən, təhlükəsizlik mərkəzlərinin düzgün və dəqiq məlumatlara ehtiyacı var.

Şimal cəbhəsində qarşıdurma ehtimalı böyükdür və zaman keçdikcə artacaq. Proses budur ki, İsrail rejimi müharibəyə başlayacaq və Hizbullah buna cavab verəcək, sonra vəziyyət kritikləşəcək və bu müharibə heç kimin istəmədiyi adi bir müharibəyə çevriləcək, lakin bu avtomatik olaraq baş verəcək”.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930