Kembric məscidi ilin ən yaxşı 10 memarlıq siyahısına düşdü
Mьəllif: admin1
Tarix: 19-12-2019, 11:36
Bцlmə: Xəbərlər
Kembric məscidi ilin ən yaxşı 10 memarlıq siyahısına düşdü
Kembric məscidinin arxitekturası Qardian qəzeti tərəfindən ilin ən yaxşı 10 memarlıq dizaynından biri olaraq seçilib.

Deyerler.org Qardian qəzetinə istinadən xəbər verir ki, qəzet mütəxəssislər baxımından 2019-cu ilin ilk 10 memarlıq dizaynının bir siyahısını dərc edib. Təzəliklə rəsmi açılışı olan məscid, ilin beşinci dizaynı olaraq seçilib.

Xəbərə əsasən, məscidin girişində ilk gözə dəyən şey, məscidin döşəməsindən yüksələn və sarmaşıq kimi qövslü budaqlar əmələ gətirən ağaca bənzər sütunlardır. Bina Böyük Britaniyadakı ən heyrətamiz strukturlardan biridir.

Bu məscidin yaradıcı dizaynı orijinal İslam dizaynları və unikal bir şəkildə hazırlanan dekorasiyalarla görənlərin özlərini bir bağda hiss etmələrinə səbəb olur.

Məscid damının dizaynında İslam həndəsə mütəxəssislərindən məsləhət alınıb və bəzəklər ənənəvi İslam binalarına uyğun bəzədilib.

Məscidin memarı məşhur “London Eye” binasını dizayn edən Marx Burnfield şirkəti tərəfindən hazırlanmışdır.
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031