2020-ci il üçün İslam Mədəniyyətinin paytaxtları elan edilib
Mьəllif: admin1
Tarix: 18-12-2019, 10:47
Bцlmə: Xəbərlər
2020-ci il üçün İslam Mədəniyyətinin paytaxtları elan edilib
Tunisdə İSESKO-ya üzv ölkələrin Mədəniyyət nazirlərinin XI konfransı çərçivəsində “Tunis İslam mədəniyyəti paytaxtı - 2019” ilinin bağlanış tədbiri keçirilib.

Maide.Az "azertac"a istinadla xəbər verir ki, Tunisin Mədəniyyət İşləri üzrə naziri Məhəmməd Zeyn əl-Abidin, İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESKO) baş direktoru Salim bin Məhəmməd əl-Malik, üzv dövlətlərin Mədəniyyət nazirləri və nümayəndə heyətləri bağlanış tədbirində iştirak ediblər.

Tədbir “Qurani-Kərim”in tilavəti ilə başlayıb.

Tunisli nazir Məhəmməd Zeyn əl-Abidin çıxış edərək “Tunis İslam mədəniyyəti paytaxtı- 2019” ili çərçivəsində görülən işlərdən danışıb.

Sonra ərəb dünyasından Qahirə (Misir), Asiya qrupundan Buxara (Özbəkistan) və Afrika qrupundan Bisau (Qvineya Bisau) şəhərləri 2020-ci il üçün İslam mədəniyyəti paytaxtları elan edilib.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930