"Bu gün qarşısınızda başqa bir müharibə var" - Ayətullah Sistaninin iraqlılara mesajı...
Mьəllif: admin1
Tarix: 14-12-2019, 11:06
Bцlmə: Xəbərlər
"Bu gün qarşısınızda başqa bir müharibə var" - Ayətullah Sistaninin iraqlılara mesajı...
İslamazeri.com Rasthaber Azərbaycan-a istinadən xəbər verir ki, İraqda şiələrin ən böyük mərcəi təqlidi Ayətullah Seyid Sistani "Ölkədə hər hansı bir xarici silahlı qrupa fəaliyyət izni verilməməlidir.", -deyib.

Ayətullah Sistaninin mesajını onun Kərbəla təmsilçisi Əhməd əs-Safi cümə xütbəsindən sonra oxuyub.

Bu mesajda "İraq ordusu və ölkənin digər silahlı qüvvətlərinin peşə qaydalarına əsasən, vətəninə sadiq qalaraq hər bir xarici hücuma qarşı dura biləcək şəkildə qurulması lazım olduğunu və konstutusiya çərçivəsində qurulan hökümətin qorunmasının vacib olduğunu bir daha vurğulamaq istəyirik.". deyə bildirilir.

İraq xalqının terror qruplaşması olan İŞİD-lə mübarizədə tarixi bir qələbəyə imza atıldığını xatirladan mesajda "Bu gün qarşısınızda başqa bir müharibə var.

Bu qədər savaşı, uzun sürən korrupsiya və idarəçilərin bacarıqsızlığı dönəminə son vermə savaşıdır. Sivil yollarla mübarizə bu savaşda qazanılacaq qələbənin açarıdır.", - deyə qeyd edilib.

Ölkədə etirazçıların öldürülməsi və qaçırılmasını qınayan Ayətullah Sistaninin mesajında sonda deyilir: "Silah gəzdirmək və istifadə İraq höküməti tərəfindən nəzarət altına alınması və ölkədə hər hansı bir xarici silahlı qrupa fəaliyyət göstərməsi izni verilməməlidir."
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930