İranın hərbi gəmiləri ABŞ-ın 12-ci təyyarə daşıyıcı qrupunu mühasirəyə aldı
Mьəllif: admin1
Tarix: 12-12-2019, 21:24
Bцlmə: Xəbərlər
İranın hərbi gəmiləri ABŞ-ın 12-ci təyyarə daşıyıcı qrupunu mühasirəyə aldı
İran Dövlət Xəbər Agentliyi, İran İnqilab Keşikçilərinin 20 kiçik gəmisinin müşayiət etdiyi ABŞ-ın “USS Abraham Lincoln (CVN 72)” təyyarə daşıyan gəmisinin Hörmüz boğazından keçdiyini göstərən peyk görüntüsünü yayımlayıb.

"Deyerler.org"un Parstoday-a istinadən verdiyi xəbərə görə, İran mətbuatına görə, Hərbi Dəniz Qüvvələrinin iyirmi kiçik gəmisindən ibarət bir qrup, ABŞ Hərbi Dəniz Qüvvələrinin təyyarə daşıyıcı gəmi qrupunu təqib edib.

Mediada yayılan məlumatlara görə, ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri çox geniş olmayan Hörmüz Boğazında İranın kiçik döyüş gəmiləri tərəfindən müşayiət edilir.

Qeyd olunur ki, bəzi İran kiçik gəmiləri Amerika gəmilərinə təxminən 400 metr məsafəyə yaxınlaşıb. ABŞ hərbi gəmilərinin müşahidə ərazisi Ərəb dənizi və Fars körfəzi, Oman körfəzi, Qırmızı dəniz də daxil olmaqla Hind okeanının qərb hissəsini əhatə edir.

Bu birləşmə təxminən 2.5 milyon kvadrat mil böyük su sahəsinə nəzarət edir. Bu hərbi birlik ABŞ Silahlı Qüvvələrinin Yaxın Şərq və Orta Asiya bölgələrinə cavabdeh olan Mərkəzi Komandanlığı ilə birlikdə vəzifələri yerinə yetirir.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930