Bəşər Əsəd: “Terror əkən Avropa, miqrant böhranını biçdi”
Mьəllif: admin1
Tarix: 11-12-2019, 10:39
Bцlmə: Xəbərlər
Bəşər Əsəd: “Terror əkən Avropa, miqrant böhranını biçdi”
Keçən il Dumada təşkil edildiyi iddia edilən kimyəvi hücumla əlaqədar Kimyəvi Silahların Qadağan Edilməsi (OPCW) təşkilatının hesabatının saxta olduğuna dair ortaya çıxan dəlillərlə əlaqədar “2013-cü ildən etibarən söylədiyimiz hər şeyin doğru olduğunu sübut edir”, deyən Suriya prezidenti, Suriyada terrorizmi dəstəklədikdən sonra miqrantlarla mübarizəyə başı qarışan Avropaya “nə əkərsən onu da biçərsən” mesajını göndərib.

Deyerler.org SANA-ya istinadən xəbər verir ki, İtaliyanın Rai News 24 telekanalına müsahibəsində ingilis dilində danışan Bəşər Əsəd, mövzuyla bağlı verilən suala belə cavab verib: “OPCW da bunu etdi, hesabatda saxtakarlıq və təhrifə yol verdi, sırf amerikalılar belə etmələrini istədi.

Kimyəvi silahlı hücumların povesti başlayandan bəri onlardan istifadə etmədiyimizi bildirdik. Bu da son illərdə söylədiyimiz hər şeyin, 2013-cü ildən etibarən söylədiyimiz hər şeyin doğru olduğunu sübut edir.

Biz haqlı idik, onlar səhv idi. Bu o məsələylə əlaqədar dəlildir, konkret dəlildir.

OPCW qərəzlidir, siyasiləşmişdir və əxlaqsızlıq etməkdədir”.

“İndi Avropa Suriyaya baxdıqda, ölkə ilə əlaqədar qiymətləndirmələrdə ayrı olaraq, iki böyük məsələ var: Biri miqrantlar, digəri Avropaya geri dönən cihatçılar və ya xarici döyüşçülər. Avropalıların bu narahatlıqlarını siz necə görürsünüz”, sualına Əsəd belə cavab verib:

“Sadə bir sualla başlamaq məcburiyyətindəyik: Bu problemi kim yaratdı? Avropada niyə miqrantlar var? Çox sadə: Çünki Avropanın - və, əlbəttə ABŞ, Türkiyə ilə digərlərinin - dəstəklədiyi terrorizmə görə, amma Suriyada xaos yaradılmasının baş rol oyunçusu Avropadır. Beləliklə, əkdiyiniz şeyi biçirsiniz”.

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031