Hizbullah hökümətin qurulması ilə bağlı son mövqeyini AÇIQLADI
Mьəllif: admin1
Tarix: 10-12-2019, 14:37
Bцlmə: Xəbərlər
Hizbullah hökümətin qurulması ilə bağlı son mövqeyini AÇIQLADI
İslamazeri.com "rasthaber"ə istinadən xəbər verir ki, Livan Hizbullahının Mərkəzi Komissiyasının üzvü Şeyx Nəbil Kabuk Livandakı yeni kabinetlə bağlı açıqlama verib.

Açıqlamasında Hizbullah rəsmisi deyib: “Ölkəni xilas etmək üçün lazım olan addım – ölkəni iqtisadi, maliyyə və sosial böhrandan xilas edəcək, xalqın parlamentə olan güvənini geri qazandıra biləcək və David Shanker və Trampın istəklərini nəzərə almayacaq bir hökümət qurmaqdır. Çünki Amerikanın istəkləri fitnənin başqa versiyasıdır.”

Şeyx Nəbil Kabuk sözlərinin davamında “Ölkənin heç kəsin göndərilməsini qəbul etməyə istəyi yoxdur. Livan prezidenti Mişel Aun məcburi məclis görüşlərini təxirə salaraq konstutusiyaya zidd davranmadı və ölkəni xilas etmək üçün milli birlik mövzusunu vurğuladı.

Böhranın uzanması, ölkənin və Livandakı heç kəsin xeyrinə deyildir, ölkəni bu vəziyyətdən çıxaracaq bir kabinet qurulmasının tezləşdirilməsi mövzusunda israr edirik, amma problemləri həll edərkən daha böyük bir problem yaratmaq istəmədiyimizi vurğulayırıq.

Çünki siyasi bölünmələr çox dərindir və hökümətin qurulmasının önündəki daxili əngəllər, xarici faktorlar qədər önəmlidir.”, -deyə bildirib.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930