Həkim: Şeyx Zəkzaki 7 fərqli xəstəlikdən əziyyət çəkir
Mьəllif: admin1
Tarix: 8-12-2019, 21:32
Bцlmə: Xəbərlər
Həkim: Şeyx Zəkzaki 7 fərqli xəstəlikdən əziyyət çəkir
Nigeriya Islami Hərəkatı (IMN) rəhbəri Şeyx İbrahim Zəkzakinin həkimi Nasir Ömər Safah, Şeyxin səhhətinin getdikcə daha da ağırlaşdığını bildirib.

Maide.Az "MEHR" agentliyinə istinadla xəbər verir ki, N.Ömər Safah bildirib ki, Şeyx Zəkzaki 7 və onun həyat yoldaşı isə 6 müxtəlif xəstəlikdən əziyyət çəkirlər. “Şeyx Zəkzakinin vücudunda qalan güllə onun həyatı üçün təhlükə yaradır və Şeyx hər an ölə bilər. Əgər indiyədək onlar sağ qalıbsa bu bir möcüzədir.”

Həkim deyib ki, hazırda Şeyx Zəkzaki və onun xanımının müalicəsi üçün məhkəməyə müraciət olunub və fevral ayından öncə onun xarici ölkələrin birində müalicəsi üçün izn veriləcəyini gözləyirik. “Şeyx Zəkzakinin ölkədən kənarda müalicəsi üçün 3 ölkəni nəzərdə tutmuşuq və bu ölkələrdən biri İngiltərədir. Çünki orada Nigeriya İslami Hərəkatının rəhbərini müalicə etmək üçün potensial və imkanlar mövcuddur.”

Qeyd edək ki, bir neçə gün öncə Kaduna əyalətinin Ali Məhkəməsi Şeyx İbrahim Zəkzaki və onun həyat yoldaşının Kaduna mərkəzi həbsxanasına köçürülməsi ilə bağlı qərar qəbul edib. Artıq dünən Şeyx Zəkzəki və həyat yoldaşı Zinətuddin İbtrahim Dövlət Təhlükəsilik Xidmətini həbsxanasından Kaduna Həbsxanasına köçürülüb. Bu Nigeriya İslami Hərəkatı tərəfindən pislənilib və bu ölkənin Əhli-beyt (ə) ardıcıllarının etirazına səbəb olub.

Xatırlaqdaq ki, Şeyx İbrahim Zəkzaki və onun həyat yoldaşı 2015-ci il dekabrın 13-də Nigeriya hərbçilərinin Zaria şəhərindəki hüseyniyyəyə basqını zamanı həbs olunublar.

17 iyun 2019-cu ildə aparılan müayinə zamanı Şeyx İbrahim Zəkzaki və onun həyat yoldaşının səhhətində ciddi problemlər aşkarlanaraq bu barədə Kaduna vilayəti ali məhkəməsinə ərizə göndərilib.

Avqustun 5-də Nigeriya məhkəməsi ölkə şiələrinin rəhbəri Şeyx İbrahim Zəkzaki və onun həyat yoldaşının müalicə üçün Hindistana getməsi haqqında qərar çıxardıb.

Avqust ayında Nigeriya hökuməti Şeyx İbrahim Zəkzaki və həyat yoldaşını Hindistanda müaliciyə gönərib. Lakin daha sonra Şeyx İbrahim Zəkzakinin həyatına təhülkə olması etirazından sonra Nigeriya hökuməti Şeyxi Nigeriyaya geri qaytararaq naməluma şəraitdə saxlayırdı.

Nigeriyanın müxtəlif bölgələrində Şeyx Zəkzakinin azadlığı tələbilə etiraz aksiyaları davam etdirilir. İndiyədək onlarla Əhli-beyt (ə) ardıcılı bu aksiyalarda polis tərəfindən güllənərək şəhid edilib və çox sayda insan yaralanıb.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930