Ayətullah Sistanidən İraqın yeni baş nazirinin seçilməsi ilə bağlı mühüm tapşırıq
Mьəllif: admin1
Tarix: 6-12-2019, 19:13
Bцlmə: Xəbərlər
Ayətullah Sistanidən İraqın yeni baş nazirinin seçilməsi ilə bağlı mühüm tapşırıq
İraq şiələrinin lideri və mərceyi təqlidi Ayətullah Seyid Əli Sistani yeni baş nazir və kabinet üzvlərinin konstitusiyada göstərilən müddətdə və xarici müdaxilələr olmadan seçilməsini təkid edib.

Bu barədə İraq mətbuatı məlumat yayıb.

Məlumata görə, bu gün cümə xütbələrində Ayətullah Seyid Əli Sistaninin nümayəndəsi Əbdülmehdi Kərbəlayi "Şübhəsiz xalq hərəkatı genişlənərək müxtəlif qrupları əhatə edirsə, bu dövlət xadimlərinə təzyiq göstərmək üçün təsirli vasitə olacaqdır.

Ölkədə həqiqi islahatlar olacaq, amma əsas şərt belə bir hərəkatın zorakılığa, xaosa və məhvə sürüklənməməsidir. Bu cür hərəkətlər qanun pozuntusudur və islahat hərəkatı üçün mənfi nəticələrə səbəb olacaq. Həmrəyliyin tədricən azalmasına səbəb olacaq. İslahat istəməyənlər bunun baş verməməsi çalışırlar", - deyə bildirib.

O, çıxışının davamında qeyd edib ki, dinc nümayiş prosesini davam etdirmək və zorakılığa yol verməmək lazımdır. Bu çox vacibdir və hər kəsin səy göstərməsi lazımdır.

Ümid edirik ki, yeni Baş nazir və Nazirlər kabinetinin üzvləri vətəndaşların istəklərinə əsaslanan və hər hansı bir xarici müdaxilədən azad olaraq konstitusiyada göstərilən müddətdə seçiləcəkdir. İraq ali mərcəiyyətinin bu məsələdə heç bir sözü və müdaxiləsi yoxdur.
(eastnews)
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031