Babri məscidinin sökülməsində iştirak edən hindu müsəlman oldu və 90 məscid tikdi
Mьəllif: admin1
Tarix: 6-12-2019, 10:16
Bцlmə: Xəbərlər
Babri məscidinin sökülməsində iştirak edən hindu müsəlman oldu və 90 məscid tikdi
1992-ci ildə Babri məscidinin (Babur məscidi) sökülməsində iştirak edən Hindulardan biri Balbir Singh, hadisədən 6 ay sonra müsəlman oldu, adını dəyişib Muhəmməd Amir qoydu. Səhvini anlayaraq 100 məscid tikdirəcəyinə söz verdi və hazırda bu məscidlərdən 90-nını tikib qurtarıb.

Maide.Az “Anadolu” agentliyinə istinadla xəbər verir ki, M.Amir 27 il öncə ifratçıların nifrət hissi təbliği nəticsəində məscidin günbəzini sökən ilk şəxslərdən biri olduğunu və xatirə olaraq məsciddən bir əşyanı da götürdüyünü bildirib.

O İslamı qəbul etməsinə dostlarından birinin səbəb olduğunu və 1993-cü ilin əvvəlində İslamı qəbul etdiyini vurğulayıb. “Səhvimi anladım və günahlarımın bağışlanması üçün 100 məscid tikəcəyimə söz verdim.

Yaşadığımı Panipat şəhərindən köçdüm və ötən 27 il ərzində 90 məscidi tikdirdim və ya təmir etdirdim”,-deyə M.Amir Anadolu agenltiyinə açıqlamasında deyib.

Hazırda müsəlman bir qadınla evli olan Muhəmməd Əmir Heydərabad şəhərində İslami Elmlər üzrə təlim mərkəzi yaradıb və oranı idarə edir.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930