Məmmədov Gürücüstanda ən populyar ikinci soyaddır
Mьəllif: admin1
Tarix: 3-12-2019, 22:45
Bцlmə: Xəbərlər
Məmmədov Gürücüstanda ən populyar ikinci soyaddır
Məmmədov və Əliyev soyadları Gürücüstanda ötən il olduğu kimi bu il də ən populyar soyadların arasında yer alıb.

Ahlibeyt.ge xəbər verir ki, bu, Gürcüstanın Dövlət Xidmətlərinin İnkişafı Agentliyinin statistik göstəricilərindən məlum olub.

Hazırda ölkədə Məmmədov soyadını 13 814, Məmmədova soyadını isə 12 931 nəfər daşıyır. Azərbaycanlılara məxsus bu soyad Gürcüstanda həm kişilər, həm də qadınlar arasında ikinci ən geniş yayılan familiyadır.

Gürcüstada Əliyev soyadlı 9 031, Əliyeva soyadlı isə 8 918 nəfər yaşayır. Əliyev populyar kişi soyadları arasında dördüncü, Əliyeva isə populyar qadın soyadları arasında beşinci yeri tutub.

Gürcüstanda ən çox rast gəlinən soyadların siyahısına yenə də Beridze başçılıq edir. Bu familiyanı daşıyanların ümumi sayı 29 412 nəfər təşkil edir.



Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031