1300-dən artıq suriyalı vətəninə geri döndü
Mьəllif: admin1
Tarix: 3-12-2019, 13:28
Bцlmə: Xəbərlər
1300-dən artıq suriyalı vətəninə geri döndü
Son sutka ərzində Livan və İordaniya ərazisindən Suriyaya 1300-dən artıq qaçqın geri dönüb.

Bu barədə Rusiyanın Suriyada Münaqişə Tərəflərini Barışdırma Mərkəzindən məlumat verilib.

"Son sutka ərzində Suriya Ərəb Respublikasına xarici dövlətlər ərazisindən 1312 qaçqın geri dönüb. Bunlardan 205 nəfəri “Cəydəd Yəbus” və “Təl Kəlləh” sərhəd-keçid məntəqəsini keçməklə Livandan, 1107 nəfəri isə “Nəsib” sərhəd-keçid məntəqəsini keçməklə İordaniya ərazisindən qayıdıb", - deyə məlumatda bildirilir.

Qaçqınların qəbulu mərkəzinin məlumatına əsasən, Suriya Silahlı Qüvvələrinin mühəndis istehkamçı birləşmələri 24 saat ərzində 2,3 hektar ərazini minalardan və partlayıcı qurğulardan təmizləyib.

Həmçinin mütəxəssislər 31 ədəd partlayıcı qurğunu məhv edib. Xatırladaq ki, ümumilikdə 2018-ci ilin 18 iyul tarixindən bu günə kimi xarici dövlətlər ərazisindən Suriyaya 480-mindən artıq qaçqın geri dönüb. Onlardan 152 min nəfəri Livandan, 382 min nəfəri isə İordaniyadan daxil olub.
(eastnews)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930