ABŞ-a məxsus təyyarədaşıyan gəmi Fars körfəzində patrula çıxdı
Mьəllif: admin1
Tarix: 3-12-2019, 13:25
Bцlmə: Xəbərlər
ABŞ-a məxsus təyyarədaşıyan gəmi Fars körfəzində patrula çıxdı
ABŞ Hərbi Dəniz Qüvvələrinin “Avraam Linkoln” atom təyyarədaşıyan gəmisi başda olmaqla zərbə qrupu patrul məqsədilə Fars körfəzinə çıxıb.

ABŞ HDQ qüvvələri Fars körfəzinə Bəhreyndə olan 5-ci operatif donanmanın bazasında qaldıqdan sonra çıxdığı bildirilir.

Bu barədə gəmilərin hərəkətini müşahidə edən AİS sisteminin məlumatlarına əsasən xəbər verilib.

ABŞ HDQ qrupunun tərkibində raket kreyseri “Leyte Gülf”, raket esminetsi “Beynbridc”, “Nitze” və “Mason” gəmilərinin olduğu qeyd edilir.

Təyyarə daşıyan “Avraam Linkoln”un göyərtəsində 70 təyyarə və vertolyot olduğu onlardan 48-nin çoxməqsədli qırıcı-bombardmançı “F/A-18 Hornet” təyyarəsi olduğu diqqətə çatdırılır.

Xatırladaq ki, təyyarədaşıyan gəmi və zərbə qrupu ilk olaraq 19 Noyabr 2019-cu ildə ABŞ və İran arasındakı münasibətlərin pisləşməsi səbəbiylə Fars körfəzinə daxil olub.

Bundan öncə təyyarədaşıyan gəmi 6 ay Oman körfəzində və Ərəb dənizində yerləşib.
(eastnews)
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031