İran parlamentinin sədri: "İraqda Ayətullah Sistani var, ona görə də narahat deyilik"
Mьəllif: admin1
Tarix: 2-12-2019, 10:48
Bцlmə: Xəbərlər
İran parlamentinin sədri: "İraqda Ayətullah Sistani var, ona görə də narahat deyilik"
İran parlamentinin sədri Əli Laricani, İraqda baş verən iğtişaşlara münasibət bildirib.

Əli Laricani verdiyi açıqlama zamanı bildirib ki, İraqda Ayətullah Sistani var deyə narahat deyillər: "Ayətullah Seyid Əli Sistani məsələnin fərqli ölçülərini mənimsəmiş və gördüyü tədbirlərlə problemi həll edəcək biridir.

Biz bu ölkədəki hadisələrdən narahat deyilik. Çünki İraqdakı şiələrin lideri Seyid Əli Sistanidir və onun tədbirləri ilə problem həll ediləcək".

"Bizdən kömək istənilərsə, biz onların xidmətindəyik. Amma vacib olan Ayətullah Sistaninin gördüyü tədbirdir. İraqda yetkin siyasi və məzhəb xadimləri var. Problemləri həll edə bilərlər, kömək etməyə ehtiyac yoxdur", - deyə Əli Laricani qeyd edib.
(eastnews)
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031