Ayətullah Sistani düşmənlərin fitnələri barədə xəbərdarlıq etdi
Mьəllif: admin1
Tarix: 30-11-2019, 22:30
Bцlmə: Xəbərlər
Ayətullah Sistani düşmənlərin fitnələri barədə xəbərdarlıq etdi
İraqın böyük mərcəyi-təqlid alimi Ayətullah Seyid Əli Hüseyni Sistani etirazçılara ölümcül güc tətbiq edilməsini qınayıb.

Deyerler.org Mehrə istinadən xəbər verir ki, noyabrın 29-u Ayətullah Sistaninin Kərbəladakı nümayəndəsi Ayətullah Seyid Əhməd Əs-Safi tərəfindən cümə namazında oxunan müraciətdə, Ayətullah Sistani İraq xalqının haqlı tələblərinin ciddi şəkildə qəbul edilməməsinin bütün İraq üçün düzəlməz ziyan olacağını qeyd edərək, səlahiyyətlilərdən bu məsələyə çox ciddi bir yanaşmalarını istəyib.

Dinc etirazçılara hücumun haram olduğunu söyləyən Ayətullah Sistani, etirazçıları da zorakılıqdan çəkinməyə dəvət edərək, belə deyib: “Dinc etirazçılar özlərini sabitliyi pozanlardan uzaq tutmalıdırlar. Dinc nümayişlərin insanlara və mülklərə edilən hücumlara çevrilməsinə imkan verilməməlidir”.

Ayətullah Sistani ölkədəki rəhbərlik dəyişikliyinin zəruriliyinə işarə edərək, deputatlara hökumətə dəstəklərini yenidən nəzərdən keçirməyə çağırıb.

Hökumətin son iki aydakı hadisələri həll etmək bacarığının görünmədiyini bildirən Ayətullah Sistani, belə deyib: “Mövcud hökuməti ortaya qoyan parlament öz seçimlərini yenidən qiymətləndirməli və İraqın maraqlarının tələb etdiyi şeyi etməlidir.

İraqın düşmənləri və onların əlaltıları, ölkəni diktatorluq dövrünə qaytarmaq üçün xaos və daxili müharibə toxumları atmağa çalışır ... Onlara bu fürsəti verməmək üçün hər kəs birlikdə işləməyə məcburdur”.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930