Bu ölkədə passport üçün hicabla şəkil çəkdirməyə icazə verildi
Mьəllif: admin1
Tarix: 25-11-2019, 10:36
Bцlmə: Xəbərlər
Bu ölkədə passport üçün hicabla şəkil çəkdirməyə icazə verildi
Ukrayna Daxili İşlər Nazirliyi şəxsiyyət vəsiqələri üçün fotoların çəkilməsi qaydasına edilən dəyişiklik qüvvəyə minib.

Maide.Az islam.ru-ya istinadən xəbər verir ki, dəyişikliyə əsasən Ukrayna vətəndaşı olan müsəlman qadınlara pasport üçün hicabla foto çəkdirməyə icazə verilib.

Bu, ölkədə fəaliyyət göstərən dini qurumların müraciətindən sonra mümkün olub.

Ukrayna Daxili İşlər nazirinin müavini Sergey Qonçarov nazirlik pasport sənədlərinin hazırlanma prosedurunu asanlaşdırmaq məqsədilə bu addımı atıb:

“Bu, beynəlxalq standratlara uyğun olduğu üçün beynəlxalq istifadədə də rahat qəbul ediləcək. Dəyişiklik konstitusiyanın təminat aldığı haqq və azadlıqların qorunmasını özündə əks etdirir. Biz insanların haqlarına hörmət etməliyik”.

Qeyd edək ki, bu barədə qərar 17 iyulda verilmişdi.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930