Tehranın İmamcüməsi İrandakı iğtişaşlarda əli olan ölkələri sadaladı
Mьəllif: admin1
Tarix: 23-11-2019, 13:57
Bцlmə: Xəbərlər
Tehranın İmamcüməsi İrandakı iğtişaşlarda əli olan ölkələri sadaladı
İslamazeri.com İran mediasına isinadən xəbər verir ki, Tehranın dünənki İmam cüməsi, Ayətullah Əhməd Xatəmi olub.

O İranda benzin bahalaşmasından sonra yaranan iğtişaşlardan danışaraq "Amerika bu şər işlərin əsas təşkilatçısı idi və təəssüflə, Fransa və Almaniya da onu müşayiət etdilər.

İran xalqının düşmənləri İranda iğtişaş yaratmaq üçün üç il ölkə daxili və xaricində öz qüvvələrinə təlim keçməklə proqramlaşdırma aparıblar, amma onların bütün fitnələri zərərsizləşdirildi.", -deyə bildirib.

Ayətullah Xatəmi xütbəsində Səud rejimini də ittiham etdi: "Səud rejimi maliyyə himayələrilə yanaşı, öz medialarını bu quldurların ixtiyarına verdi".

Tehranın İmam cüməsi "Xalqın mücahidləri" - İranda "Xalqın münafiqləri" kimi tanınan terror qruplaşmasının iğtişaş törədənlərə dəstək verdiyini bildirib. O İranda bu terrorçuların 17 min iranlıya qarşı sui-qəsdr və terror aktı törətdiyini də əlavə edib.

Ayətullah Xatəmi həmçinin İran dövlət rəsmilərinə də xitab edib. O deyib ki, İran dövləti də öz vədinə əməl etməli və qiymətlərin artmasına imkan verməməlidir.
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031