İranda benzinin qalxmasına böyük din alimləri münasibət bildirdi
Mьəllif: admin1
Tarix: 17-11-2019, 11:44
Bцlmə: Xəbərlər
İranda benzinin qalxmasına böyük din alimləri münasibət bildirdi
İranda benzinin qalxmasına mərceyi təqlidlərdə etiraz edib. Ayətullah Safi Gülpayiqani və Ayətullah Ələvi Qorqani benzinin artması ilə bağlı narahatlıqlarını bildirərək, İranın parlament üzvlərindən bu qərarın ləğv edilməsi üçün hərəkətə keçmələrini istəyiblər.

Bundan əlavə benzinin qiymətinin bahalaşmasına etiraz olaraq İranın Kirman əyalətinin Sircan şəhərində keçirilən etiraz aksiyasında bir nəfər ölüb.

Həmçinin Məşhəd, Şiraz, Bircande, Əhvaz və başqa şəhər və rayonlarda etiraz çıxışları və mitinqlər olub. Qeyd edək ki, noyabrın 15-də İran hakimiyyəti güzəştli benzin və başqa yanacağın qiymətini artırıb.

Bundan sonra kvota çərçivəsində yanacağın qiyməti 15 min rial (0,353 dollar), ondan xaric isə 30 min rial (0,76 dollar) olacaq. Benzinin əvvəlki qiyməti 10 min rial (0,235 dollar) olub.
(eastnews)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930