İraqın sünni alimi İranın yardımlarından danışdı
Mьəllif: admin1
Tarix: 12-11-2019, 15:45
Bцlmə: Xəbərlər
İraqın sünni alimi İranın yardımlarından danışdı
İraqın sünni alimlər birliyinin sədri Şeyx Xalid əl-Məla İranın İraqa etdiyi yardımlar və İraqda aksiyalarda İran əleyhinə səsləndirilən şüarlar barədə açıqlama verib.

Şeyx Xalid əl-Məla açıqlaması zamanı bunları dilə gətirib: "İraq İŞİD terror qruplaşmasının vasitəsi ilə süqut edərkən, Bağdad darvazasına çatarkən və "Allahu Əkbər" deyib baş kəsərkən İran idi ki, mərcəiyyətin fətvasından sonra İraqın yanında dayandı və onu dəstəklədi.

İran bizi tək qoymadı. Dünən "İran getməlidir" şüarları eşitdim. Bu necə istəklərdir? Qardaşlar! Sonda deyirəm ki, özümüzə gələk və dediklərimiz barədə bir az düşünək.

Kim onları bu günə salıb? Kim onlara bu fikirləri təlqin edib? Kim onları aldadır ki, İsrail və Amerika yox, İran bizim düşmənimizdir? Sizdən istəyirəm ki, tez bir zamanda öz mövqeyinizə yenidən müraciət edəsiniz.

Bu gün mənim əlimdə silah yoxdur və meydanda deyiləm. Amma gərək sözlərimlə bu mübarizədə iştirak edəm. Biz gərək bizim yanımızda olanlara hörmət edək.

İnsanların şükrünü etməyənlər Allahın şükrün edə bilməzlər".
(eastnews)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930