Ayətullah Məkarim Şirazi: “Təkfirçi ideologiya bütün bəşəriyyət üçün təhlükədir”
Mьəllif: admin1
Tarix: 4-11-2019, 19:58
Bцlmə: Xəbərlər
Ayətullah Məkarim Şirazi: “Təkfirçi ideologiya bütün bəşəriyyət üçün təhlükədir”
Qum İslami Elm Hövzəsinin böyük mərcəyi-təqlid alimlərindən Ayətullah Nasir Məkarim Şirazi təkfirçilərin bütün bəşəriyyət üçün bir təhlükə sayıldığını qeyd edərək, terrorizm təhlükəsinin bütün dünyada hiss edildiyini söyləyib.

Deyerler.org Shafaqna-ya istinadən xəbər verir ki, Ayətullah Məkarim Şirazi noyabrın 3-ü İranın Sənəndəç şəhərində təşkil edilən “Qlobal imperializm təkfirçi və radikal ideologiyanı dəstəkləməkdəki rolu və bunlarla mübarizə yolları” adlı konfransa göndərdiyi məktubunda, təkfirçilərlə mübarizədə hərbi, siyasi və mədəni yolların əhəmiyyətinə diqqət çəkərək, belə deyib: “Mədəni yollar olmadan, hərbi və siyasi yollar nəticə verməz”.

Ayətullah Məkarim Şirazi mesajının davamında bunları qeyd edib: “Təkfirçilik həqiqi İslamın ruhu və cisminə uyğun deyil, ona görə də insanların bu firqəyə yönəlməsinin qarşısını almaq üçün bu firqələrin İslamdan uzaqlaşdıqlarını izah etmək lazımdır”.

Din alimləri və səlahiyyətlilərin əl-ələ verməli olduqlarını, təkfirçilərin İslam və müsəlmanlara qarşı təhlükələrini aydınlaşdırmalı olduqlarını bildirən Ayətullah Məkarim Şirazi, İslam dininin mərhəmət dini, təkfirçilərin dininin isə qətliam və dağıntı dini olduğunu söyləyib.

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031