Bu cərimələr Tbilisidə beş qat artdı
Mьəllif: admin1
Tarix: 31-10-2019, 14:25
Bцlmə: Xəbərlər
Bu cərimələr Tbilisidə beş qat artdı
Tbilisidə parkinq qaydalarının pozulmasına görə sürücülərə 50 lari məbləğində cərimə tətbiq ediləcək.

Ahlibeyt.ge məlumat verir ki, bu barədə Tbilisi şəhər meri Kaxa Kaladze şəhər şurasının iclasında çıxış edərkən bildirib.

Onun sözlərinə görə, qanun dəyişikliliyi Tbilisi şəhər meriasının tələbi ilə parlament tərəfindən qəbul olunub.

Şəhər başçısı qeyd edib ki, qərar bələdiyyənin yol hərəkəti siyasəti və pilot layihəsi olan bölgə-saat dayanacağının tətbiqi ilə əlaqədardır.

K.Kaladze deyib ki, yazılan cərimənin çatdırılma qaydası da dəyişdirilib: "Belə ki, cərimə protokolu bu günə qədər yalnız poçt vasitəsiylə göndərilirdirsə artıq bu qayda dəyişəcək, məlumat isə Tbilisi Parkinq-in saytında dərç olunacaq və SMS ilə cərimə olunan vətəndaşa göndəriləcək".

Qeyd edək ki, bundan əvvəl parkinqin cərimə məbləği 10 lari təşkil edirdi.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930