Ayətullah Xamenei İraq və Livanda baş verən hadisələrə münasibət bildirib
Mьəllif: admin1
Tarix: 30-10-2019, 20:33
Bцlmə: Xəbərlər
Ayətullah Xamenei İraq və Livanda baş verən hadisələrə münasibət bildirib
“Düşmənlərin bir ölkə vura biləcəyi ən böyük zərbə budur ki, həmin ölkənin sabitliyini əlindən alsınlar. Bu gün bu işi bəzi bölgə ölkələrində başladıblar və sabitliyi pozurlar.”

Maide.Az “Leader.ir” saytına istinadla xəbər verir ki, bunu bu gün İran Silahlı Qüvvələrinin Hərbi Təlim Mərkəzində çıxışı zamanı Ali Rəhbər Ayətullah Xamenei İraq və Livanda baş verən hadisələrə münasibət bildirərkən deyib.

O deyib ki, dünyada hamıdan çox ABŞ və Qərb ölkələrinin xüsusi xidmət orqanları bölgənin yolunu azmış bəzi ölkələrinin maliyə dəstəyi ilə gərginliklər yaradırlar.

“Bu bir xalqın əleyhinə edilmiş ən pis və qorxulu düşmənçilikdir. İraq və Livana can yandıranlara tövsiyə edirəm proritet olaraq sabitliyi təmin etsinlər. Ölkə xalqlarının tələbləri haqdır.

Lakin bilsinlər ki, tələblər qanun çərçivəsində yerinə yetirilməlidir. Bir ölkədə qanun strutkturu dağılarsa heç bir iş görmək olmaz. Bir ölkədə boşluq yaranarsa heç bir müsbət addım atmaq olmaz.”

Düşmənlər bizim ölkə üçün də belə planlar cızmışdı,lakin sevindirici haldır ki, xalqın vaxtında meydana çıxması ilə onların planı pozuldu.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930