Putinlə 6 saatlıq görüş: Ərdoğan tarixi razılaşmanı açıqladı
Mьəllif: admin1
Tarix: 23-10-2019, 10:08
Bцlmə: Xəbərlər
Putinlə 6 saatlıq görüş: Ərdoğan tarixi razılaşmanı açıqladı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfər edib.

Axar.az xəbər verir ki, bu dəqiqələrdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında görüş keçirilir.

Görüş zamanı müzakirələrin əsas gündəmini Suriya məsələsi təşkil edir.

***

Bu görüşün “Sülh çeşməsi” əməliyyatına müsbət təsiri olacaq.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə görüşündən sonra mətbuata açıqlamasında deyib:

"Tarixi razılaşmaya imza atdıq. 23 oktyabr tarixindən etibarən, 150 saat ərzində YPG təhlükəsizlik bölgəsindən çıxacaq. Buna "Sülh çeşməsi"nin sərhədləri xaricində, 10 kilometr dərinliyində Rusiya-Rusiya patrul fəaliyyəti nəzarət edəcək. Hərəkatımızın əsas məqsədi PKK/YPG-ni regiondan çıxarıb, suriyalı miqrantların qayıdışını təmin etməkdir. Heç bir zaman başqa ölkənin torpağında gözümüz olmayıb. 350 mini kürd olan 3 milyon 650 min suriyalıya 8 ildir ki, ev sahibliyi edən ölkəyik".

Açıqlamaların ardından Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu 10 maddəlik razılaşmanın mətnini oxunub. Razılaşmaya əsasən, Ras əl-Eyn və Tel-Abyadı da əhatə edən "Sülh çeşməsi" hərəkatının ərazisi mühafizə ediləcək.

Qeyd edək ki, liderlərin görüşü 6 saat davam edib.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930