İtaliyalı xanım Məşhəd şəhərində İslam dinini qəbul etdi
Mьəllif: admin1
Tarix: 5-10-2019, 16:19
Bцlmə: Xəbərlər
İtaliyalı xanım Məşhəd şəhərində İslam dinini qəbul etdi
İtalyalı bir xanım İranın müqəddəs Məşhəd şəhərində İslam dinini qəbul edib.

Deyerler.org Parstoday-a istinadən xəbər verir ki, italyalı 20 yaşlı Kyara Kastello oktyabrın 3-ü Məşhəd şəhərində kəlmeyi-şəhadət gətirərək müsəlman olub.

Herat İmamiyyə Cəmiyyətinin katibi höccətül-İslam Əhməd Behişti açıqlama verərək, italiyalı qadının əfqanlılarla tanış olub, onlarla dost olduqdan sonra İslam dininə marağının artdığını və bu səbəbdən müsəlman olmağı qəbul etdiyini qeyd edib.

Höccətül-İslam Behişti italiyalı qadının bu hərəkətinin səbəbini isə, əfqanıstanlı dostlarının yaxşı hərəkətləri və qadınların İslam dinindəki mühüm yeri olmasını düzgün çatdırması olduğunu söyləyib.

O, sözügedən qadının böyük bir iftixarla İslam dininin yaşamaq üçün ən yaxşı yol olduğunu və İslam dini vəsiləsiylə yeni hicabı ilə özünü daha da rahat və güvəndə hiss edəcəyini qeyd etdiyini də bildirib.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930