Vəhabi şahzadədən ŞOK ETİRAF: Qətlin cavabdehi mənəm!
Mьəllif: admin1
Tarix: 27-09-2019, 21:15
Bцlmə: Xəbərlər
Vəhabi şahzadədən ŞOK ETİRAF: Qətlin cavabdehi mənəm!
İslamazeri.com-un “Islam Today”-ə istinadən verdiyi xəbərə əsasən, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman jurnalist Camal Qaşıqçının qətlinin məsuliyyətini öz üzərinə götürüb.

“Bu, mən xidmətdə olarkən baş verib. Mən bütün məsuliyyəti öz üzərimə götürürəm”, - deyə o qeyd edib.

Üstəlik, onun sözlərinə görə, o, qətl barədə xəbərdar deyildi.

“Krallığın 20 milyon sakini və 3 milyon dövlət işçisi var ki, onların da öz gündəliyi və vəzifələri var. Onların hər birinin nə etdiyini bilmək mümkün deyil”, - deyə şahzadə əlavə edib.

Xatırladaq ki, Qaşıqçı 2018-ci il 2 Oktyabrda Səudiyyə Ərəbistanının İstanbulda yerləşən Baş konsulluğunda qətlə yetirilib.

Türkiyə tərəfi bəyan edib ki, məlum qətl məqsədyönlü olub, jurnalist boğularaq qətlə yetirildikdən sonra, onun cəsədi doğranıb və məhv edilib.
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031