Kuba inqilabı necə baş verdi? (Araşdırma)
Mьəllif: admin1
Tarix: 13-09-2014, 17:08
Bцlmə: Xəbərlər
Kuba inqilabı necə baş verdi? (Araşdırma)


Bu inqilab Kuba xalqının azadlığı üçün yol açdı. Yer kürəsinin qərb yarım kürəsində ilk sosialist dövlətinin yaranmasına səbəb oldu

Kuba inqilabı Amerika tarixində əlamətdar hadisə olaraq yeni səhifə açdı. Bu inqilab Kuba xalqının azadlığı üçün yol açdı. Yer kürəsinin qərb yarım kürəsində ilk sosialist dövlətinin yaranmasına səbəb oldu. 1959-cu il inqilabı uzun illər azadlıq uğrunda aparılan mübarizənin bəhrəsi oldu.
Kuba inqilabı necə baş verdi? (Araşdırma)

Kuba imperialist qüvvələrinin və şimali Amerika monopolistlərinin istismarçı təzyiqlərinə məruz qalan ölkələrdən birincisi idi. İqtisadiyyatın bir yönlü inkişafı, işsizlik, Kuba xalqına nifrət - bunların hamısı Batista hökumətini tərənnüm edirdi. Vətənpərvər qüvvələrə qarşı dövlət terroru səbəb oldu ki, 1950-ci illərdə onlarda inqilab əhval-ruhiyyəsi yaransın. İlk dəfə 1953-cü il, 26 iyul tarixində bir qrup cəsarətli gənc Fidel Kastro başçılığı altında Santyaqo şəhərində yerləşən Monkada qəsrinə hücum etdilər. Hücum edənlərin əksəriyyəti həlak oldu, sağ qalanlar isə həbsə atıldılar. Həmin ilin 21 sentyabr tarixində Fidel Kastronun məhkəməsi təşkil olunur. Məhkəmə prosesi zamanı vəkildən imtina edən Kastro özü-özünə vəkil olacağını qeyd edir. Fidel Kastro məhkəmə qarşısında uzun bir çıxış edir. O, Kubadakı acınacaqlı vəziyyətdən danışır, 700 min kubalının işsiz olduğunu, 90% kəndlinin xəstəliklərdən əziyyət çəkdiyini, ölkənin 30%-nin isə heç öz adlarını yaza bilməmələri dərəcəsində savadsız olduqlarını qeyd etmişdi. O, öz çıxışını “Məni həbs edə bilərsiniz! Bu heç nəyi dəyişməyəcək! Tarix mənə etdiklərimə görə haqq qazandıracaq!” sözləri ilə başa vurmuşdu. Xalqın dövlətə qarşı narazılığı daha da artdı. Bu səbəbdən dövlət təzyiqlər altında Fidel Kastro və tərəfdarlarına amnistiya qərarı çıxararaq, həbsdən azad etdi. Azad olan FideI Kastro və tərəfdarları Meksikaya mühacirət edərək, orada “26 iyul hərəkatı” inqilab təşkilatı yaratdılar.

2 dekabr 1956 cı ildə “Qranama” gəmisi ilə Kuba adasına Fidel Kastronun başçılığı ilə 82 inqilabçı yan alır. Adaya enmə prosesi ölkədə yaranan böhranı daha da artırdı. Adaya düşən F. Kastro və tərəfdarları ilkin mərhələdə uğursuzluğa uğradılar. Diktator Batistanın ordusu inqilabçıları mühasirəyə aldı və əksəriyyətini öldürdü. Fidel Kastro pərakəndə halda 20 nəfərlə Syerra-Maestra dağına çatmağa və orada partizan hərəkatına başlamağa nail oldular. Xalqın, kəndçilərin dəstəyi ilə Fidel Kastro güclənərək pillə-pillə ordu qüvvələrinə qarşı qələbə qazanaraq, xalqın rəgbətini əldə etməyə başlayır.
Kuba inqilabı necə baş verdi? (Araşdırma)
Syerra Maestra dağında aparılan partizan döyüşlərinin uğurları ilə bərabər Kuba adasının başqa məntəqələrində də diktator əleyhinə mübarizələr gücləndi. “13 mart inqilab hərəkatı” Eskambray dağında silahlı partızan dəstəsi formalaşdırdı.

1958-ci ildə diktator ordusunun irimiqyaslı əməliyyatı uğursuzluğa düçar olduqdan sonra, üsyançı dəstələr strateji üstünlüyə yiyələndilər. 1958-ci ilin avqust ayının axırları və sentyabr ayının əvvəlləri partizan dəstələri əks hücuma keçdilər. Mayor Ernesto Çeqevaro və Kamilo Sienfueqosun başçılığı altında iki partizan dəstəsi dağlardan enərək, qərbə doğru hərəkətə başladı. Kamaquev vilayətini keçən partizanlar Las Vilyas vilayətinə daxil oldular. 1958-ci ilin oktyabr ayının ortalarında inqilabçılar bütün cəbhələrdə hücumlara başladılar. İnqilabçıların sayı üç min nəfərdən artıq olur. Qatil diktator rejiminin sonuna sayılı günlər qalır. 1958-ci ilin noyabr ayının sonlarında həlledici döyüşlər başlayır. 1959-cu il, yanvar ayının 1-də Fidel və Raul Kastronun komandanlığı altında Santyaqo şəhərinə daxil olurlar.
Kuba inqilabı necə baş verdi? (Araşdırma)


Eyni zamanda Kubanın qərbində partizanlar Çe Qevaronun komandanlığı altında Santa-Klara şəhərini ələ keçirirlər. Bundan sonra Çe Qevaro və Kamilo Sienfueqosun başçılıq etdiyi üsyançı ordu paytaxt Havanaya doğru hərəkətə başladılar. Çıxılmaz vəziyyətdə qalan diktator Batista xalqdan illər boyu oğurladığı sərvətləri götürərək gizlicə yeni il ərəfəsində Kubadan qaçdı . 4 yanvar 1959 cu ildə Kubada hakimiyyət inqilabçıların əlinə keçdi.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930