İranda Azərbaycan dilinin tədrisi başlayıb
Mьəllif: admin1
Tarix: 23-09-2019, 14:12
Bцlmə: Xəbərlər
İranda Azərbaycan dilinin tədrisi başlayıb
Bu gündən İranın Şərqi Azərbaycan vilayətinin bəzi orta məktəblərində Azərbaycan dilinin tədrisinə başlanılıb.

Məlumata əsasən, bunu İranın qərbində yerləşən Şərqi Azərbaycan vilayətinin təhsil və təlim idarəsinin baş direktoru Cəfər Paşayi deyib.

C.Paşayinin sözlərinə görə, bu barədə vilayətin təhsil-təlim şurasında qərar verilib. Direktor əlavə edib ki, qərara əsasən Azərbaycan dilinin tədrisi pilot layihə çərçivəsində həftədə iki saat olacaq.

İdarə rəsmisi artıq məktəblər və müəllimlərin sayının müəyyənləşdiyini deyib. Şərqi Azərbaycan vilayətinin orta məktəblərində Azərbaycan dilinin tədrisinin əhəmiyyətini vurğulayan Paşayi bildirib ki, İran konstitusiyasının 15-ci maddəsi yerli dillərin tədrisinə imkan verir.

İranın Ərdəbil vilayətinin islam şurasının sədri Yaqub Haşemi şuranın iclasında deyib ki, Ərdəbildə Azərbaycan dilinin tədrisi diqqət mərkəzində durmalıdır. Y.Haşeminin sözlərinə görə, İran konstitusiyasına əsasən, Azərbaycan dili tədris edilməlidir.
(eastnews)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930