Aşura bayrağı dünyanın 100 ölkəsində dalğalandı
Mьəllif: admin1
Tarix: 16-09-2019, 14:07
Bцlmə: Xəbərlər
Aşura bayrağı dünyanın 100 ölkəsində dalğalandı
İranın Dini Elmlər Mərkəzlərinin sədri Ayətullah Əlirza Ərafi bu il məhərrəm ayının ilk on günündə dünyanın 100 ölkəsində Aşura bayrağının dalğalandırıldığını, bunun da Hüseyni (ə) mədəniyyətin dünya miqyasında sürətlə yayıldığını bildirib.

Deyerler.org Parstoday-a istinadən xəbər verir ki, sentyabrın 15-i İranın şimal-qərbində yerləşən Təbriz şəhərində danışan Ayətullah Əlirza Ərafi, Əhli Beyt (ə) aşıqlərinin hazırda İslam dünyasının çox önəmli bir bünövrəsinə çevrildiyini bildirib.

Ruhani qurumu və dini elmlər mərkəzlərinin min ildən artıq bir keçmişi olan elmi və mənəvi qurumlar olduğunu qeyd edən Ayətullah Ərafı, bu qurumlarda xidmət edənlərin müxtəlif səviyyələrdə İslam və ümmətin izzət və əzəmətinə səbəb olduqlarını qeyd edib.



Deyerler.org
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930