Seyid Həsən Nəsrullah: "İsrail rejiminin ordusunun məğlubedilməzliyi yalnız Hollivud kinolarındadır"
Mьəllif: admin1
Tarix: 11-09-2019, 20:32
Bцlmə: Xəbərlər
Seyid Həsən Nəsrullah: "İsrail rejiminin ordusunun məğlubedilməzliyi yalnız Hollivud kinolarındadır"
Livanın Hizbullah Hərəkatının baş katibi Seyid Həsən Nəsrullah İmam Hüseynin (ə) Kərbəlada şəhid edilməsinin ildönümü səbəbiylə Livanın cənubundakı Zahiyə bölgəsində keçirilən əzadarlıq mərasiminə qatılanlara xitab edib.

Deyerler.org Al-Manara istinadən xəbər verir ki, Seyid Həsən Nəsrullah İmam Hüseynin (ə) “Mənə kömək edən kimsə yoxdur?” sözlərinin səsinin bütün əsrlərdə əks-səda verdiyini bidirib.

Fələstin məsələsinin böyük əhəmiyyət daşıdığını diqqətə çəkən Seyid Həsən Nəsrullah, belə deyib: “Müqavimət qüvvələri və fələstinli mücahidlərlə eyni cəbhədəyik və Fələstin xalqının yanındayıq”.

Nəsrullah Aşura günü çıxışında Yəmən böhranına da toxunaraq, bunları deyib: “Bu gün blokada altında olan Yəmən xalqı məzlumluğun rəmzinə çevrilmişdi. Bu müharibəyə ABŞ tərəfindən dəstək davam edir.

Səudiyyə Ərəbistanı bu müharibənin məğlubiyyətə məhkum olacağını bilməlidir. Yəmən xalqına qarşı bu amansız müharibənin sona çatması və yəmənlilər öz müqəddəratlarını təyin etməli olduğunu təkrar edirəm.

Yəmənin cənubunda baş verənlər Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliyinin sadəcə Yəmənin sərvətlərinə tamah etdiklərini göstərdi, lakin bu müharibə onlar üçün məğlubiyyət və tarixi və əbədi rüsvayçılıqdan başqa bir gəlir gətirməyəcək”.

Seyid Həsən Nəsrullah Bəhreynlə bağlı isə bunları deyib: “Bəhreyn xalqı satqın rejim olan Ali Xəlifəyə qarşı müqavimət göstərir və nəticəsini görəcək”.

Nəsrullah İsrail rejiminin təşkil etdiyi hücumlara işarə edərək, belə deyib: “Livana qarşı istənilən hücuma uyğun bir şəkildə cavab verəcəyik. Bu barədə qırmızı xətləri tanımırıq”.

Livanın Ramiyə kəndində vurulan İsrail rejiminin pilotsuz təyyarəsinə işarə edən Nəsrullah, “məğlubedilməz və əfsanəvi” kimi təqdim olunan İsrail rejimi ordusunu gücsüz bir Hollivud ordusu kimi səciyyələndirib.

“Dünənə qədər məğlubedilməz olduğunu dediyiniz ordu indi kino filmlərinə bənzəyən Hollivud işlərinə əl atmışdır və müqavimətin cavab tədbirləri qorxusundan hərbi maşınlarına müqəvvalar yerləşdirərək, bütün sərhədi boşaltmışdır.

Bizim İsrail rejimi ilə münaqişəmizin tarixində, sionistlər ilk dəfə işğal altındakı torpaqlar xaricində deyil, daxilində özləri üçün təhlükəsizlik zolağı yaradıblar”.

Seyid Həsən Nasrullah Müqavimət oxu qəhrəmanlarını bir birindən ayrı və fərqli görmür. Nəsrullahın dediyinə görə, Müqavimətin çadırı İran İslam Respublikası və komandanı da Ayətullah Xameneidir. Müqavimət eyni mövqeyə malik aktyorlardan ibarətdir.

“Amerika, İsrail rejimi və peşkələri bizim oxumuz və çadırımızı mühasirəyə almaq istəyirlər. Ancaq bu çadırın komandanı Ayətullah Seyid Əli Xamenei və İran İslam Respublikası bu mühasirəyə, aclığa və müharibəyə təslim olmayacaq. Bizlər də qanımızın son damcısına qədər bunu müdafiə edəcəyik”. "

Hizbullahın baş katibui İrana qarşı istənilən bir müharibənin müqavimət qüvvələrinə qarşı müharibə olduğunu qeyd edərək, “Biz bu məsələdə tərəfsiz qalmayacağıq.

İrana qarşı müharibə İsrail rejimi ilə ABŞ-ın qurduğu xəyallarının sonu deməkdir. Ali Dini Rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei müqavimət oxunun komandiri və İran isə müqavimət oxunun qəlbi ilə ən güclü dəstəkçisidir”.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930