İranda məktəblilərə Azərbaycan dili tədris edilir
Mьəllif: admin1
Tarix: 25-08-2019, 17:28
Bцlmə: Xəbərlər
İranda məktəblilərə Azərbaycan dili tədris edilir
2019-cu ilin sentyabrından İranın Şərqi Azərbaycan əyalətində məktəblərdə Azərbaycan türkcəsinin tədrisinə başlanılacaq.

“Qafqazinfo”nun məlumatına görə, bunu İranlı Tələbələr xəbər agentliyinə (İSNA) müsahibəsində Şərqi Azərbaycan üzrə Təlim-Təhsil şöbəsinin müdiri Cəfər Paşai bildirib.

“İranın Təhsil Nazirliyinin orta məktəblər üçün hazırladığı xüsusi proqrama əsasən, yerli xalqın öz dilində təhsil almaq istəyi nəzərə alınaraq, Şərqi Azərbaycan əyalətindəki məktəblərdə bundan sonra Azərbaycan türkcəsində də dərslərin keçilməsi qərara alınıb", - deyə şöbə müdiri qeyd edib.

Paşainin sözlərinə görə, dərslər 23 sentyabrdan etibarən həftədə 3 saat olmaqla tədris olunacaq.

Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031