Müsəlman siyasətçi Trampa çətin anlar yaşatdı - VİDEO
Mьəllif: admin1
Tarix: 3-08-2019, 19:34
Bцlmə: Xəbərlər
Müsəlman siyasətçi Trampa çətin anlar yaşatdı - VİDEO
İslamazeri.com-un “Islam News”-ə istinadən verdiyi xəbərə əsasən, ABŞ prezidenti Donald Trampın təntənəli çıxışı müsəlman siyasətçinin eitraz aksiya nəticəsində yarımçıq kəsilib.

Belə ki, Tramp nitqlə çıxış edən zaman, Virginiya ştatının qanunverici qurumunun 27 yaşlı üzvü İbrahim Samira əlində plakatlar onun tribunasına yaxınlaşıb və onun çıxışını etiraz xarakterli fikirlərlə kəsib.

Gənc müsəlman siyasətçinin plakatında “nifrət deportasiya edilsin”, “ailələri qovuşduraq”, “özün öz rüşvətxor evinə geri dön” sözləri vardı.

Tramp İbrahimin sözlərini eşidən anda öz nitqini dayandırıb və çaşqınlıq içərisində qalıb.

Tez bir anda mühafizəçi müsəlmana yaxınlaşaraq onu zaldan çıxarıb.

Fələstin əsilli İbrahim sonradan bildirib ki, o, öz hərəkətləri ilə Trampın miqrantlarla bağlı diskriminativ siyasəti və bəlağətinə meydan oxuyub.



Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930