Tramp Avropanı İŞİD-lə hədələdi: Dediyimiz etməsəniz...
Mьəllif: admin1
Tarix: 3-08-2019, 19:33
Bцlmə: Xəbərlər
Tramp Avropanı İŞİD-lə hədələdi: Dediyimiz etməsəniz...
İslamazeri.com-un “Islam Today”-ə istinadən verdiyi xəbərə əsasən, əgər Avropa avropalı terrorçuları qəbul edərək həbs etməkdən imtina edərsə, ABŞ minlərlə İŞİD terrorçusunu Avropanın canına sala bilər.

Ağ Ev başçısı Donald Tramp məsələ ilə bağlı danışıb.

“Bizim əlimizdə minlərlə İŞİD terrorçusu var və istəyirik ki, Avropa onları götürsün. Əgər onlar terrorçuları götürməsələr, biz, çox güman ki, onların Avropaya buraxmalı olacağıq”, - deyə o qeyd edib.

O bildirib ki, hazırda ABŞ və müttəfiqlərinin əlində Suriya və İraqda “quruda” təxminən 2,5 min Avropa vətəndaşı olan İŞİD terrorçusu var.

Onun sözlərinə görə, ələ keçirilmiş terrorçuların ümumi sayı isə 10 mindən çoxdur.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930