Afrikada bütpərəstlər müsəlmanlara və məscidə hücum çəkdi
Mьəllif: admin1
Tarix: 1-08-2019, 22:54
Bцlmə: Xəbərlər
Afrikada bütpərəstlər müsəlmanlara və məscidə hücum çəkdi
Afrikada bütpərəstlər müsəlmanlara və məscidə hücum çəkdi

Kateqoriya : XƏBƏRLƏR İSLAM DÜNYASI Yayınlanma tarixi:01.08.2019 14:03:38 Paylaş Twitlə
Afrikada müsəlmanlara hücum ediblər.


İslamazeri.com-un “Islam News”-ə istinadən verdiyi xəbərə əsasən, Nigeriyada Afrika bütpərəstləri məscidlərdən birinə soxularaq məscid imamı və oradakı müsəlmanlarla hücum ediblər.

Yerli müsəlman icmasının lideri İskil Laval bildirib ki, Oro dininin davamçıları hücumunun səbəbi, müsəlmanların onların tələbinə tabe olmayaraq hər ilki festival zamanı evdə oturmaqdan imtina etmələri olub.

Oro dininin nümayəndələri tələb edirlər ki, onların dini bayramları zamanı qadınlar və digər dinlərdən olan insanları evlərindən bayıra çıxmamalıdırlar. Bu qeyri-qanuni tələbə tabe olmayanlar isə döyülürlər, bəzən hətta qətlə yetirilirlər.

Sözsüz ki, müsəlmanlar bu cür qeyri-qanuni tələbə tabe olmayıblar və həmişəki kimi namazlarını qılmaq üçün məscidə gəliblər.

Nəticədə də, Oro dininin nümayəndələri zöhr namazı vaxtı məsciddəcə müsəlmanlara hücum ediblər, həmçinin məscidin içində dağıntılara yol veriblər.

“Biz Oro nümayəndələrinin hərəkətlərini pisləyir və daha da pis hadisələr baş verməmiş, hökumətdən hadisəyə müdaxilə etməsini tələb edirik”, - deyə şeyx Laval bildirib.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930