Xristian ölkə məmuru: Hicabı qadağan edənləri cəzalandıracağam!
Mьəllif: admin1
Tarix: 30-07-2019, 13:51
Bцlmə: Xəbərlər
Xristian ölkə məmuru: Hicabı qadağan edənləri cəzalandıracağam!
İslamazeri.com-un “Standard Media”-ya istinadən verdiyi xəbərə əsasən, Keniyada yüksəkvəzifəli siyasətçi və parlamentdə liderlik edən partiyanın başçısı Aden Duale ölkədəki məktəb direktorlarına xəbərdarlıq edib. O, direktorları müsəlman qızlara qarşı diskriminasiyadan çəkinməyə və onların hicab geyinmələrinə mane olmamağa çağırıb.

O bildirib ki, gənc müsəlmanlaırn haqlarını pozan məktəb direktorlarına qarşı sərt tədbirlər görülməlidir, çünki onlar şagirdlərin konstitusiyon hüquqlarını kobudcasına pozurlar.

Xatırladaq ki, ötən ay Keniya məktəblərinin birindən 7 şagird qovulub. Səbəb isə müsəlman qızların dərs zamanı hicablarını çıxarmaqdan imtina etmələri olub. Bu hadisə müsəlman əhalinin qəzəbinə səbəb olub.

“Mən məktəb direktorlarına xəbərdarlıq edirəm ki, onlar övladlarımıza hicablarına görə məktəbə gəlməyə maneə yaratmasınalar və şagirdlərə hicabı qadağan edən istənilən müəllimə qarşı sərt tədbirlər görüləcək”, - deyə o qeyd edib.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930