Həkimlər Şeyx Zəkzəkinin başında güllə aşkar etdilər
Mьəllif: admin1
Tarix: 30-07-2019, 13:19
Bцlmə: Xəbərlər
Həkimlər Şeyx Zəkzəkinin başında güllə aşkar etdilər
Həkimlərin Nigeriya İslam Hərəkatının baş katibi Şeyx İbrahim Zəkzəkinin bədənində aşkarladığı yeddi ölümcül faktdan savayı, keçən həftə onun başında bir güllənin olduğunu da müəyyən ediblər.

Deyerler.org-un verdiyi xəbərə görə, mənbə bildirib ki, iyulun 23-ü Şeyxin ağır vəziyyətdə olması səbəbindən həbsxana orqanları onun başqa yerə aparılması barədə qərar verib. Şeyx, gecə saat 5 radələrində gizli şəkildə Kaduna xəstəxanasa gətirilib.

Mənbənin bildirdiyinə görə, meningit, şişkinlik və kadmium zəhərlənməsi və ara-sıra qıcolma da daxil olmaqla bir sıra fəsadlardan əziyyət çəkən Şeyx İbrahim Zəkzəkinin başında edilən rentgen çəkilişində, bir güllənin də olduğu aşkar ediblər.

Mənbə bildirib ki, vəziyyətinin ağırlığı səbəbindən Şeyx gəzə bilmədiyi üçün əlil arabasında və bir kişinin müşayiəti altında olub.

Xatırladaq ki, iyulun 18-i məhkəmənin Şeyx Zəkzəkinin səhhətinin ağır olması səbəblərdən xaricdə müalicə olunması barədə qərar verəcəyi gözlənilsə də, lakin məhkəmə deportasiya tələbini rədd edərək, məhkəmənin növbəti iclasını bu günə (29 iyul) təyin edib.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930