Bəhreyn rejimi daha iki gənc Əhli-Beyt (ə) ardıcılını edam etdi
Mьəllif: admin1
Tarix: 27-07-2019, 18:49
Bцlmə: Xəbərlər
Bəhreyn rejimi daha iki gənc Əhli-Beyt (ə) ardıcılını edam etdi
Bəhreyndə Ali Xəlifə rejiminə qarşı ən böyük müxalifət təşkilatı olan Əhli-Beyt (ə) ardıcıllarının Əl-Vifaq Cəmiyyəti bəyanat yayaraq, Əhməd Əl-Məlal və Əli Əl-Ərəb adlı bəhreynli iki gəncin Ali Xəlifə rejimi tərəfindən bu gün səhər edam edildiyini bildirib.

Deyerler.org LualuaTV-yə istinadən xəbər verir ki, Əl-Vifaq Cəmiyyəti bu iki gəncin 2017-ci ildə Ali Xəlifə tərəfindən Daxili İşlər Nazirliyindən bir məmuru öldürməkdə günahlandırıldığını və günahsız olmalarının sübut olunmasına baxmayaraq, edam edildiyini açıqlayıb.

Ölüm hökmünü şiddətli bir şəkildə pisləyən Əl-Vifaq Cəmiyyəti, bundan başqa sözügedən gənclərin edamdan əvvəl Ali Xəlifə rejiminin əsgərləri tərəfindən ağır işgəncələrə məruz qaldığını bildirib.

Bu arada, Bəhreyn xalqı Bəhreyn xalqı əllərində Əhməd Əl-Məlal və Əli Əl-Ərəbin şəkillərilə küçələrə çıxaraq, Ali Xəlifə rejiminin törətdiyi cinayətləri qınayıblar.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930