Xarici zəvvarlar İmam Rzanın (ə) hərəmində toy mərasiminə böyük maraq göstərir
Mьəllif: admin1
Tarix: 24-07-2019, 10:00
Bцlmə: Xəbərlər
Xarici zəvvarlar İmam Rzanın (ə) hərəmində toy mərasiminə böyük maraq göstərir
Əcnəbi müsəlmanların toy mərasimləri üçün İranda İmam Rzanın (ə) pak hərəminə böyük maraq göstərdiyi bildirilir.

Deyerler.org xəbər verir ki, Qüds Rəzəvi ostanının xarici ziyarətçi işləri idarəsinin sədri Seyyid Məhəmməd Cavad Haşiminejat İRNA-ya verdiyi açıqlamasında, mart ayının sonlarından etibarən iyulun ortalarına qədər xaricdən 229 zəvvarın toy mərasimi üçün İmam Rzanın (ə) mütəhhər hərəminə üstünlük verdiyini qeyd edib.

O, sözügedən ziyarətçilərin daha çox Livan, Suriya və Şimali Afrika ölkələrindən olduqlarını vurğulayıb.

Haşiminejat açıqlamasının davamında hər il 2 milyon insanın Qüds Rəzəvi ostanına səfər etdiyini qeyd edərək, hərəmin xarici ziyarətçilər üçün müxtəlif sütunlu dəhlizləri və həyətlərində xüsusi proqramlar təşkil etdiyini bildirib.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930