Rus biznesmen İmam Rzanın (ə) mövludunda İslamı qəbul etdi
Mьəllif: admin1
Tarix: 16-07-2019, 22:06
Bцlmə: Xəbərlər
Rus biznesmen İmam Rzanın (ə) mövludunda İslamı qəbul etdi
İslamazeri.com-un ABNA-ya istinadən verdiyi xəbərə əsasən, Rusiyadan olan biznesmen İranın Məşhəd şəhərində İslam dinini qəbul edərək müsəlman olub.

İslamı qəbul etmək mərasimi İmam Rza (ə) hərəmində O həzrətin milad günündəcə baş tutub.

Müsəlmanlığı qəbul edən rus iş adamı Qərb ölkələrindəki işgüzar fəaliyyətlərinə görə öz kimliyini gizli saxlamaq qərarına gəlib. O bildirib ki, 5 il ərzində İslam dini barəsində araşdırma aparıb.

“Mütaliələrimin sayəsində, mən Şiə İslamı qəbul edilməyə ən layiq olan din kimi gördüm”, - deyə o bildirib.

Qərbdəki islamofobiyaya toxunan rus iş adamı deyib ki, Avropa dövlətləri İslam və müsəlmanları bədnam etmək üçün İslam dinini mənfi təqdim edirlər.

Müsəlman olduqdan sonra adını dəyişərək “Əli” edən biznesmen qeyd edib ki, Qiyamət günü və ölümdən sonrakı həyatdan qorxduğu üçün İslam dinini qəbul edib.

“Mən hər şeyə qadir olan Allahdan diləyirəm ki, məni bağışlasın”, - deyə o əlavə edib.

Məşhədə ikinci səfərini edən Əli deyib ki, İmam Rzanın (ə) “müqəddəs hərəmində gözəllikdən başqa bir şey görmədi”.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930