Ən çox boşanmanın olduğu müsəlman ölkəsi - RƏSMİ
Mьəllif: admin1
Tarix: 11-07-2019, 00:13
Bцlmə: Xəbərlər
Ən çox boşanmanın olduğu müsəlman ölkəsi - RƏSMİ
İslamazeri.com-un “Islam Today”-ə istinadən verdiyi xəbərə əsasən, Səudiyyə Ərəbistanı Ədliyyə Nazirliyinin 2019-cu ilin may ayına dair evlilik və boşanmalar üzrə statistikası maraqlı bir faktı ortaya çıxarıb. Belə ki, bütün müsəlman ölkələri arasında ən çox boşanma halları məhz Səudiyyə Ərəbistanında baş verir.

Krallığın məlumatına görə, cari ilin May ayında krallıq vətəndaşları arasında 711 nigah qeydə alınıb. Səudiyyəli cütlüklər arasındakı boşanmaların sayı 900 təşkil edib. Müqayisə üçün, tərəflərdən birinin krallıq vətəndaşı, digərinin isə qeyri-vətəndaş olanlar arasında 2596 nigah və cəmi 228 boşanma qeydə alınıb.

Maraqlı məqamlardan da biri budur ki, krallıqda ən qeyri-adi səbəblərə görə boşanmalar qeydə alınır: isidilməmiş yemək, arvadın futbol izləməsi, sosial şəbəkələrdən istifadə və ya gəlinin artıq çəkiyə sahib olmasına görə.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930