İran lazım olan səviyyədə uran zənginləşdirəcək - Vilayəti
Mьəllif: admin1
Tarix: 6-07-2019, 23:20
Bцlmə: Xəbərlər
İran lazım olan səviyyədə uran zənginləşdirəcək - Vilayəti
İran İslam İnqilabının Ali Dini rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti, İranın zənginləşdirilmiş uran ehtiyatları üçün təyin olunmuş 300 kiloqram səviyyəsini keçməsi barədə deyib: İran öz zənginləşdirmə miqdarını dincməqsədli fəaliyyətlər üçün lazım olan səviyyəyədək artıracaq.

Vilayəti əlavə edib: Amerikalılar və avropalılar nüvə anlaşmasını pozaraq, səbəb olublar ki, İran da onların addımlarına bu anlaşma çərçivəsində reaksiya vermiş olsun.

Vilayəti İranın nüvə anlaşmasındakı öhdəliklərinin azaldılmasının ikinci addımının altmış günün başa çatmasından sonra atılacağına işarə edərək, deyib: Əgər avropalılar nüvə anlaşmasındakı öhdəliklərini icra etməsələr, İran öz öhdəliklərinin azaldılmasının ikinci addımını atacaqdır.

Əli Əkbər Vilayəti sonda "Əgər avropalılar öz öhdəliklərinin icrası üçün lazımi addımları atarlarsa, İran da addımlarından geri dönə bilər" deyə əlavə edib.
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031