Dünyasını dəyişmiş müsəlman dəfnə az qalmış dirildi
Mьəllif: admin1
Tarix: 3-07-2019, 22:47
Bцlmə: Xəbərlər
Dünyasını dəyişmiş müsəlman dəfnə az qalmış dirildi
İslamazeri.com-un “GulfNews”-ə istinadən verdiyi xəbərə əsasən, Hindistanın Uttar-Pradeş ştatında qəribə hadisə baş verib: həkimlərin ölü elan etdiyi gənc müsəlman dəfndən öncə dirilib.

20 yaşlı Məhəmməd Furqan İyun ayında avtomobil qəzası keçirərək komaya düşüb. O, süni nəfəs aparatına qoşulu halda olub. Gəncin ailəsinin xəstəxanaya ödəməyə pulu olmadığı üçün, onu həyata bağlayan cihaz söndürülüb və həkimlər onun ölüm faktını təsdiq ediblər.

Daha sonra, onun cəsədi evinə aparılıb və orada onun üçün yas təşkil edilib.Birdən yerə uzadılmış Məhəmmədin cəsədi hərəkət etməyə başlayıb; o, özünə gəlməyə başlayıb.

Dərhal həkim çağırararaq, onu xəstəxanaya çatdırıblar. Həkimlər müəyyən ediblər ki, onun beyni xəsarət almayıb, nəbz və təzyiqi də var, bu səbəbdən də, onun sağ qalma şansı hələ də var. Hazırda Məhəmməd xəstəxanada həkim nəzarəti altındadır.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930