Ali Dini Rəhbər: “Düşmən əvvəl-axır diz çökəcək”
Mьəllif: admin1
Tarix: 3-07-2019, 22:32
Bцlmə: Xəbərlər
Ali Dini Rəhbər: “Düşmən əvvəl-axır diz çökəcək”
İran Həcc və Ziyarət Təşkilatının rəsmiləri bu gün (3 iyul) səhər saatlarında Ali Dini Rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei ilə görüşüb.

Deyerler.org Mehrə istinadən Ali Dini Rəhbərin görüşdə etdiyi çıxışının bəzi hissələrini oxucularımıza təqdim edirik:

“Bəziləri “həcci siyasiləşdirməyin!” şəklində sözlər səsləndirirlər. Həcci siyasiləşdirməyin!, - nə deməkdir? Birlik təmin etmək siyasi məsələdir.

Fələstin xalqı ilə İslam dünyasının zülmə məruz qalan Yəmən xalqını qoruyub müdafiə etmək siyasi vəzifədir. Məzlumları müdafiə etmək İslam təlimlərindən olduğu üçün vacibdir.

Müşriklərdən bəraət (Bəraəti müşrikin) etmə mərasimi də ihahi bir vacibatdır. Bütün bunlar İslam dininə aid məsələlərdir.

Bəli həcc siyasi vəzifədir, ancaq bu iş tamamilə ilahi bir vacibatdır. Həcci qadağan etmək də dinə qarşı atılan siyasi bir işdir.

ABŞ-a “gözün üstə qaşın var” deməyə haqqınız yoxdur deyənlərin etdikləri ibliscə bir siyasi hərəkətdir.

Dünyada zorakılıq edən qüvvələrin müsəlman xalqlarına amansız siyasi, ictimai, mədəni, iqtisadi və təhlükəsizlik təcavüzü, İslam təlimlərinə olan düşmənçiliklərinin dərinliyini əks etdirir.

Səudiyyə rejiminin rəhbərliyi hacıların təhlükəsizliyini təmin etməli və onların hörmətini saxlamalıdır.

Allahın köməyi ilə əvvəl-axır İran xalqı ilə İslam ümmətinin vəhşi və barbar düşmənləri diz çökəcək”.


Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031