İranda hava taksiləri fəaliyyətə başlayacaq
Mьəllif: admin1
Tarix: 2-07-2019, 20:52
Bцlmə: Xəbərlər
İranda hava taksiləri fəaliyyətə başlayacaq
Bu ilin sonuna qədər İranda 12 hava taksisi fəaliyyətə keçəcək.

İslamazeri.com İRNA-ya istinadən xəbər verir ki, bu haqda İranın Elm və Texnologiya nazirliyinin, Kosmos və Rabitə Komitəsinin sədri Menuşehr Mantiqi verdiyi açıqlamada bildirib.

Onun sözlərinə görə, hava taksilərinin Şimali Xorasan və Hürmüzgan daxil bəzi şəhərdə şəhər mərkəzlərindən ətraf bölgələrə uçuşlar həyata keçiriləcək.

İranlı rəsmi qeyd edir ki, 4 və 10 nəfərlik hava taksisi kiçik həcmli aeroportların fəaliyyətində dönüş yaradacaq.

İranın Elm və Texnologiya nazirliyinin, Kosmos və Rabitə Komitəsinin sədri Menuşehr Mantiqi bu ilin sonuna qədər 12 hava taksisinin istifadə ediləcəyini bildirərək, hava sərnişin daşımacılığının bir bölümünü təşkil edən hava taksi sektorunun inkişaf etdirilməsi, digər sahələrin də inkişafına səbəb olacaq.

Qeyd edək ki, taksilərin fotoları hələ mediaya təqdim olunmayıb.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930