Bollivud aktrisası inancına görə aktyorluqdan imtina edib
Mьəllif: admin1
Tarix: 2-07-2019, 20:38
Bцlmə: Xəbərlər
Bollivud aktrisası inancına görə aktyorluqdan imtina edib
Bu sahədə işləməsi Allahla arasında sərhəd yaratdığını bildirən Zairə Vasim kino sənətindən getməyi qərara aldı. Onun sözlərinə görə, bu sahədə çalışması onun imanına mənfi təsir göstərirdi.

"Deyerler.org"un İslam.ru-ya istinadən verdiyi xəbərə görə, Zairə Vasim facebook səhifəsində belə yazıb: “Beş il bundan qabaq qəbul etdiyim qərar həyatımı tam olaraq dəyişdi. Bollivud mənə populyarlıq verdi.

Mən həmişə diqqət mərkəzində idim. Cəmiyyətdə məni uğur simvolu kimi qəbul edirdilər. Lakin mən heç vaxt bu haqda düşünmürdüm. Uğur və naliyyət haqda mən yenicə düşünməyə başlamışam”.

Kino sahəsində beş il fəaliyyət göstərdikdən sonra 18 yaşlı aktrisa fəaliyyətindən narazı olduğun etiraf etmişdir. “İllər ötdükcə başa düşürəm ki, bu illər ərzində başqa bir insana çevrilməyə çalışırdım.

Həyat tərzimi formalaşdırmağa çalışarkən, bütün həyatımı, emosiya və gücümü həsr etdiyim şeylər haqqında düşünüb təhlillər etdikdən sonra başa düşdüm ki, ola bilsin bu həyat, mənə görə ideal olaraq uyğun görsənir, amma eyni zamanda mənim yerim burda deyil.

Şübhəsiz ki, kino sahəsi mənə dayaq olub, ülvi hisslər yaşadıb, və özümü tanımağa kömək edib. Lakin bununla yanaşı burada cəhalətlə də üzləşdim və getdikcə imanımı itirdiyimi hiss edirdim. İnancıma mane olan mühitdə işləməyə davam etdikcə, artıq din və inancla münasibətlərimin korlanmasını hiss etməyə başladım”, - deyə Vasim bildirmişdir.

Zairə Vasim Hindistanın Kəşmir şəhərində müsəlman ailəsində doğulub. Atası Srinaqarda icraçı direktor vəzifəsində işləyir, anası isə müəllimədir.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930