Şeyx Zəkzəki Nigeriya hakimiyyəti tərəfindən zəhərlənib
Mьəllif: admin1
Tarix: 1-07-2019, 23:34
Bцlmə: Xəbərlər
Şeyx Zəkzəki Nigeriya hakimiyyəti tərəfindən zəhərlənib
Nigeriya İslam Hərəkatının üzvü ötən şənbə günü KİV-nin Şeyx Zəkzəkinin zəhərlənməsi haqda yaydığı məlumatları təsdiqləyərək, bildirmişdir: “Şeyx Zəkzəki həbsdə olarkən Nigeriya hakimiyyəti tərəfindən zəhərlənmişdir”.

"Deyerler.org"un Parstoday.com-a istinadən bildirir ki, İbrahim Süleyman “Mehr Nyuz”a müsahibə verərkən, Nigeriya hakimiyyətinin Şeyx Zəkzəkini öldürməyə cəhdlər etdiyini deyib.

Süleyman BMT-ni sərt qınayaraq, “Bu təşkilat yalnız ABŞ-ın, Səudiyyə və sionist rejimlərinin maraqlarına xidmət edir”, - deyə bildirmişdir.

Mənbələrin cümə axşamı verdiyi məlumatlara görə, Nigeriya hərbçiləri Şeyx Zəkzəkini zəhərləyib və hal-hazırda onun halı pisdir.

Onların sözlərinə görə, Şeyx Zəkzəki ağır vəziyyətdədir, tibb heyəti isə, Şeyxi xəstəxanaya köçürmək üçün Nigeriya hakimiyyəti ilə danışıqlar aparır. Verilən məlumata görə, Şeyx Zəkzəkinin qanında qurğuşun və kadmium kimi zəhərli maddələr tapılmışdır.

Qeyd edək ki, 2015-ci ilin dekabrın 13-də, Nigeriya hakimiyyəti, Zariya şəhərində hüseyniyyəyə hücum edərək, Şeyx İbrahim Zəkzəkini və onun həyat yolodaşını həbs etmişdir.

Nigeriya ordusu hüseyniyyəyə hücum edərək, minlərlə dinc insanlara odlu silahlardan atəş açaraq, onları amansızcazına qətlə yetirmişdir. Hücum zamanı Şeyx Zəkzəkinin üç övladı da şəhid olmuşdur.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930