Tramp: "İran liderləri mənimlə danışmalıdır"
Mьəllif: admin1
Tarix: 28-06-2019, 07:55
Bцlmə: Xəbərlər
Tramp: "İran liderləri mənimlə danışmalıdır"
ABŞ prezidenti Donald Tramp dünən jurnalsitlərə verdiyi açıqlamasında İran liderlərinin danışmaq istədiyini təkrarlayıb.

Donald Tramp jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, onlar nə zaman müzakirələrə hazır olsalar bizə desinlər, xəbər göndərsinlər. Mesaj budur, çox sadə.


"Hər nə istəyirlər etsinlər, mənim üçün fərqi yoxdur. Mən hər şeyə hazıram. Hamı məni ciddi qəbul edir. Mən ümumiyyətlə İranın tərəfindəyəm. Mənim çoxlu iranlı dostlarım var.

Boyük xalqdırlar, fövqladə insandırlar. Çox pis haldır ki, bu hadisələr baş verir. Mən istəyirəm ki, onların liderləri mənimlə söhbət etsin, danışıqlar aparaq", - deyə Donald Tramp qeyd edib.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930